İraqda amerikan ordusunun sözçüsü deyib: İyunun 30-dan sonra amerikan qüvvələrindən az saylı qrup İraq şəhərlərində qalacaqlar.
Röyterz
Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Stive Lanza çərşənbə günü
belə əlavə edib: İyunun 30-dan sonra Amerikanın qüvvələrindən az saylı
qrup İraq şəhərlərindəki müştərək təhlükəsizlik mərkəzlərində
yerləşəcəklər və bu qüvvələrin missiyası yalnız iraqlı qüvvələrə təlim
keçmək və onlara tövsiyələr verməkdir.
Amerika ilə İraq arasındakı
təhlükəsizlik anlaşmasına əsasən Amerika qüvvələri iyun ayının sonuna
qədər İraq şəhər və kəndlərini tərk edəcəklər və kazarmalarda
yerləşəcəklər. Amerikan qüvvələrin 2011-ci ilin sonuna qədər İraq
torpağını tam şəkildə tərk edəcəkləri qərara alınıb.