Amerika qoşunları 2012-ci ilədək İraqı tam tərk edəcək

ABŞ-ın vitse prezident Cozef Bayden İraqa elan olunmamış səfər edib

Bütün Amerika qoşunları 2012-ci ilədək İraqdan çıxarılacaq. Bu barədə bəyanatla Ağ Ev vitse-prezident Cozef Baydenin İraqa səfəri ilə bağlı çıxış ediblər. O, komandanlığın İraq təhlükəsizlik qüvvələrinə təhvil verilməsi mərasimində iştirak edəcək. Ötən həftə ABŞ-ın sonuncu döyüş briqadası İraqı tərk edib. Qalan 50 min hərbçi isə İraq təhlükəsizlik qüvvələrinə təlim keçəcək.

ANS-in xəbərinə görə, Bu gün səhər Cozef Bayden İraqın baş naziri Nuri əl-Maliki ilə görüşəcək. Görüşdə ölkədəki siyasi vəziyyət müzakirə ediləcək və İraqın ərazisindəki təhlükəsizliyə özünün cavabdeh olduğu vurğulanacaq.

Cozef Bayden növbəti dəfə İraqdakı siyasi liderləri fikir ayrılıqlarını aradan qaldırmağa və mümkün olduğu qədər tez bir zamanda İraq xalqını təmsil edə biləcək hökuməti formalaşdırmağa çağıracaq.

В этом разделе