Açılmamış cinayətdə Mossad izi

2004-cü ildə Livan Hizbullahının hərbi komandirlərindən biri olan Qalib Avalinin qətli ilə bağlı bu gün "Əs Səfir" qəzetində məlumat dərc edilib.

İslam-Azeri.az internet qəzetinin "Yaxın Şərq Xəbər" araşdırma saytına istinadən verdiyi məlumata görə Livanın Təhlükəsizlik Xidmətinin Rəisi General Əşrəf Rəfii Mossada işləyən livanlı Mişel Abdunun Livan Hizbullahının hərbi komandirlərindən biri olan Qalib Avalinin qətli ilə bağlı yeni açıqlamalar verdiyini önə çəkib-"Əs Səfir" qəzeti bildirir.

Generalın sözlərinə görə Mişel Abdu adlı livanlı Mossad cəsusunun köməkliyi ilə qayıqla Mossadın xüsusi təyinatlıları gəlmiş, sonda Hizbullah komandirlərindən olan Avalinin avtomobilinə partlayıcı qurğu quraşdırmışlar.

Qeyd edək ki, 6 il idi ki, Hizbullah liderlərindən olan Qalib Avalinin qətli ilə bağlı dəqiq məlumatlar əldə olunmamışdı.

Lakin 2004-cü ildə baş vermiş terrordan dərhal sonra Livan Hizbullahının baş katibi bu terrorun arxasında İsrail və ABŞ-ın olduğunu açıqlamışdı.

В этом разделе