Abdullah Gül hərbi təyinatlara aid qərarnaməni təsdiqlədi

Abdullah Gül

Türkiyənin baş qərargah rəisi vəzifəsinə ordu generalı İşıq Koşaner təyin olundu

Türkiyə prezidenti Abdullah Gül Milli təhlükəsizlik naziri Vecdi Könülü və Baş qərargah rəisi ordu generalı İlker Başbuğu qəbul etdi. Görüşdən sonra prezdentin mətbuat müşaviri görüşün detalları barədə açıqlama verib. "ANS Press"in məlumatına görə, Abdullah Gül Ali Hərbi Şuranın təyinatlara aid qərarnaməsini imzalayıb.

Abdullah Gülün mətbuat müşaviri Əhməd Sevər jurnalistlərə verdiyi məlumatda hərbi vəzifələrə təyin olunan komandirləri açıqlayıb.

Baş qərargah rəisi vəzifəsinə ordu generalı İşıq Koşaner
Quru qoşunları komandiri ordu generalı Erdal Ceylanoğlu
Hərbi dəniz donanması komandirliyinə Admiral Əşrəf Uğur Yiğit
Hərbi hava donanması komandirliyinə ordu generalı Həsən Aksay
Jandarma qüvvələri komandirliyinə ordu generalı Necdet Özel
1-ci ordu komandirliyinə sabiq Egey komandiri ordu generalı Hayri Kıvrıkoğlu
Egey ordu komandirliyinə sabiq Hərbi Akademiya komandiri ordu generalı Nüsrət Taşdeler
Hərbi Akademiya komandirliyinə isə baş qərargah rəisinin müavini hava ordu generalı Bilgin Balanlı təyin olunub.

В этом разделе