Abbas Avropa Birliyinə çağırış etdi: "Fələstini tanıyın"

Fələstinin FƏTH təşkilatının sədri Mahmud Abbas Avropa Birliyi ölkələrinə müstəqil Fələstin dövlətinin tanınması üçün çağırış edib.

"Deyerler"in "WAFA"ya istinadlı xəbərinə görə, Abbas Avropa Birliyinin Xarici Siyasət rəsmisi Ketrin Eşton ilə görüş keçirib. Görüş zamanı Mahmud Abbas deyib ki, başda Qüds şəhərində olmaqla İsrail qeyri-qanuni tikinti işlərini dayandırmasa, sülh danışıqlarından söhbət gedə bilməz.
Bu arada Ketrin Eşton işğal edilmiş Fələstin ərazilərində qurulan İsrailə səfər edib. O,  xarici işlər naziri Aviqdor Libermanla görüşüb. Eşton bazar günü baş nazir Netenyahu ilə görüşəcək.

В этом разделе