İranın XİN nümayəndəsi Ramin Mehmanpərəst bunu bəyan edib
Suriyada vüsət alan anti-hökumət nümayişləri Qərb tərəfindən şişirdilən "məhdud miqyaslı hərəkatdır". Bunu İranın xarici işlər nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bəyan edib. Onun sözlərinə görə, Qərb, daha doğrusu ABŞ və İsrail Suriyada kiçik bir azlığın tələblərini bütün ölkəyə şamil etməyə çalışır. "Kütləvi-informasiya vasitələri ilə onlar cəmiyyətin kiçik bir hissəsinin tələblərini çoxluğun tələbləri kimi göstərməyə cəhd edir. Bu, demokratiya adlandırıla bilməz." - Ramin Mehmanpərəst belə deyib-ANS PRESS "Accociated press"ə istinadən xəbər verir.
Bəhreyndə baş verən hadisələrə də münasibət açıqlayan İran rəsmisi bir daha bildirib ki, Tehran heç bir halda başqa bir ölkənin daxili işlərinə qarışa bilməz, bu, İranın xarici siyasət prinsiplərinə ziddir.
İranın xarici işlər nazirliyinin mətbuat katibi Misirlə münasibətləri də şərh edib. "İran və Misir arasında əlaqələrin bərpasına dair danışıqlar aparılır. Müxtəlif səviyyələr üzrə müzakirələr aparmışıq. Yaxın gələcəkdə iki ölkənin xarici işlər nazirləri Qoşulmama Hərəkatının toplantısında da bir araya gələcəklər." - deyə İran rəsmisi qeyd edib.
Закрытая информация, только для зарегистрированных пользователей!