İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İngiltərə baş nazirinin sözlərinə reaksiyada deyib: Qordon Braunun sözləri tamamilə ziddiyyətli olub.
Həsən Qəşqavi çərşənbə axşamı İngiltərənin baş naziri Qordon Braunun sözlərinə reaksiyada deyib: Braun öz çıxışında bir tərəfdən İranın bütün ölkələr kimi nüvə enerjisindən istifadə haqqına, digər tərəfdən isə İranın nüvə fəaliyyətlərinə malik olmasının qəbul edilməz olmasına təkid edib.
Qəşqavi habelə deyib: İranın bütün nüvə fəaliyyətləri dinc məqsədli olub və MAQATE-nin tam nəzarəti altındadır.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd edib ki , Tehran dəfələrlə ilkin şərt olmadan danışıqlara hazır olduğuna təkid edib. Amma məlum deyil, nə üçün İngiltərənin baş naziri İranın danışıqları qəbul etməsi və ya sanksiyalar ilə üzləşməsindən söz açıb. (İRİB)