Orta şərq » H.Qəşqavi İngiltərə baş nazirinin sözlərinə reaksiya verib
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İngiltərə baş nazirinin sözlərinə reaksiyada deyib: Qordon Braunun sözləri tamamilə ziddiyyətli olub. 
Həsən Qəşqavi çərşənbə axşamı İngiltərənin baş naziri Qordon Braunun sözlərinə reaksiyada deyib: Braun öz çıxışında bir tərəfdən İranın bütün ölkələr kimi nüvə enerjisindən istifadə haqqına, digər tərəfdən isə İranın nüvə fəaliyyətlərinə malik olmasının qəbul edilməz olmasına təkid edib.
Qəşqavi habelə deyib: İranın bütün nüvə fəaliyyətləri dinc məqsədli olub və MAQATE-nin tam nəzarəti altındadır.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd edib ki , Tehran dəfələrlə ilkin şərt olmadan danışıqlara hazır olduğuna təkid edib. Amma məlum deyil, nə üçün İngiltərənin baş naziri İranın danışıqları qəbul etməsi və ya sanksiyalar ilə üzləşməsindən söz açıb. (İRİB)

 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!