Əfqanıstanda NATO əleyhinə etirazlar böyüyür

Taloqan şəhərində aksiya iştirakçıları ilə polis arasında toqquşma olub

Milli.Az xəbər portalı ANS-PRESS-ə istinadən bildirir ki, təxminən 400 nəfərə yaxın adam Əfqanıstanın Taloqan şəhərində polis məntəqəsi qarşısında toplaşaraq polis binasına tərəf daş atıb, bina qarşısında ocaq yandırıb. Aksiya iştirakçıları “Allahu Əkbər” və “İslam çox yaşasın” kimi şüarlar səsləndirib.

Polis həmçinin NATO əleyhinə şüarlar səsləndirən aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib. Təxminən 15 nəfər həbs edilib.

В этом разделе