
Taloqan şəhərində aksiya iştirakçıları ilə polis arasında toqquşma olub
Milli.Az xəbər portalı ANS-PRESS-ə istinadən bildirir ki, təxminən 400  nəfərə yaxın adam Əfqanıstanın Taloqan şəhərində polis məntəqəsi  qarşısında toplaşaraq polis binasına tərəf daş atıb, bina qarşısında  ocaq yandırıb. Aksiya iştirakçıları “Allahu Əkbər” və “İslam çox  yaşasın” kimi şüarlar səsləndirib.
Polis həmçinin NATO əleyhinə  şüarlar səsləndirən aksiya iştirakçılarına qarşı su şırnaqlarından  istifadə edib. Təxminən 15 nəfər həbs edilib.