Təzəpir məscidindəki görüş baş tutmayacaq

Bildirilir ki, artıq toplantı səbəbi gündəmdən düşüb

"Deyerler"in məlumatına görə bir qrup ilahiyyatçı dini kəsimə müraciət edərək, həftənin 3-cü günü “Təzəpir” məscidində planlaşdırılan QMİ sədrinə dəstək toplantısını keçirilməyəcəyi barədə xəbərdar etmişlər. Müraciətdə bildirilir ki, hicab mövzusunda müsbətə doğru ciddi dəyişikliklərin yaranması səbəbindən, “Təzəpir” məscidində keçiriləcək dəstək aksiyası aktuallığını itirmişdir. Belə ki, daxil olan müəyyən məlumatlar yaxın zamanlarda hicab probleminin həlli istiqamətində müsbət dəyişikliklərin olacağını güman etməyə imkan verir və belə olan təqdirdə “Təzəpir” məscidində keçirilməsi planlaşdırılan hicab mövzusunda dəstək aksiyası artıq gündəmdən düşmüşdür. İndiki şəraitdə bu aksiyanın keçirilməsinin məsələnin müsbət həllinə fayda verməyəcəyini nəzərə alan ilahiyyatçılar, onun gündəmdən düşməsini inanc kəsiminin nəzərinə çatdırmışlar.

Müraciəti Hacı İlqar İbrahimoğlu, Hacı Şahin Həsənli, Hacı Əhliman Rüstəmov, Hacı Yüsif Bağırov, Hacı İqbal Novruzov, Hacı Ceyhun Cəfərov, Hacı Elşən Mustafaoğlu, Hacı Mir Mehdi Hüseyni, Hacı Bəxtiyar Hüseynov qəbul etmişlər.

В этом разделе