
Bildirilir ki, artıq toplantı səbəbi gündəmdən düşüb
"Deyerler"in məlumatına görə bir qrup ilahiyyatçı dini kəsimə müraciət edərək, həftənin 3-cü günü  “Təzəpir” məscidində planlaşdırılan QMİ sədrinə dəstək  toplantısını  keçirilməyəcəyi barədə xəbərdar etmişlər. Müraciətdə bildirilir ki,  hicab mövzusunda müsbətə doğru ciddi dəyişikliklərin yaranması  səbəbindən, “Təzəpir” məscidində keçiriləcək dəstək aksiyası  aktuallığını itirmişdir. Belə ki, daxil olan müəyyən məlumatlar yaxın  zamanlarda hicab probleminin həlli istiqamətində müsbət dəyişikliklərin  olacağını güman etməyə imkan verir və belə olan təqdirdə “Təzəpir”  məscidində keçirilməsi planlaşdırılan hicab mövzusunda dəstək aksiyası  artıq gündəmdən düşmüşdür. İndiki şəraitdə bu aksiyanın keçirilməsinin  məsələnin müsbət həllinə fayda verməyəcəyini nəzərə alan ilahiyyatçılar,  onun gündəmdən düşməsini inanc kəsiminin nəzərinə çatdırmışlar.
Müraciəti  Hacı İlqar İbrahimoğlu, Hacı Şahin Həsənli, Hacı Əhliman Rüstəmov, Hacı  Yüsif Bağırov, Hacı İqbal Novruzov, Hacı Ceyhun Cəfərov, Hacı Elşən  Mustafaoğlu, Hacı Mir Mehdi Hüseyni, Hacı Bəxtiyar Hüseynov qəbul  etmişlər.