"Ermənistan prezidenti Serj Sarkisyanın sözlərinə boş populizmdən başqa, heç nə ilə ad vermək olmaz"
Bu barədə Trend-ə Sarkisyanın Kotayk bölgəsinin seçiciləri ilə görüşündə çıxışını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
“Ermənistan prezidenti davam edən uğursuzluqlarına mənasız bəyanatlarla haqq qazandırmağa vərdiş edib”, - Abdullayev deyib. Onun sözlərinə görə, görünür, prezident Sarkisyanın açıq şəkildə deməyə cəsarəti çatmır ki, məhz o və Ermənistan rəhbərliyinin digər nümayəndələri Ermənistan xalqının başına gələn bəlaların əsl günahkarlarıdır.
"Prezident Sarkisyan öz tamahkar məqsədləri və ya onun təmsil etdiyi şəxslərin məqsədləri ucbatından Ermənistanın iqtisadi tənəzzüldə olduğunu demək istəmir. Ölkə böhranda olduğu bir dövrdə Ermənistan hakimiyyəti işğalçı siyasətini davam etdirməklə vəziyyəti dərinləşdirir. İşğal nəticəsində bu torpaqlarda əsrlər boyu yaşayan xalqa qarşı kütləvi qanlı etnik təmizləmələr aparılıb", - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, adekvat cavab almağın çətin olduğu Ermənistan hakimiyyətinə verilməsi olan əsas sual budur: Şəxsən prezident Sarkisyan və hakimiyyətin digər nümayəndələrinə bu yad torpaqlarda nə lazım idi və əgər soyqırım qurbanları və onların qanlı siyasəti nəticəsində yaranan bir milyonluq qaçqın haqqında danışsaq, o buna nə ilə bəraət qazandıra bilər?