
"Ermənistan prezidenti Serj Sarkisyanın sözlərinə boş populizmdən başqa, heç nə ilə ad vermək olmaz"
Bu barədə Trend-ə  Sarkisyanın Kotayk bölgəsinin seçiciləri ilə görüşündə çıxışını şərh  edən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
“Ermənistan  prezidenti davam edən uğursuzluqlarına mənasız bəyanatlarla haqq  qazandırmağa vərdiş edib”, - Abdullayev deyib. Onun sözlərinə görə,  görünür, prezident Sarkisyanın açıq şəkildə deməyə cəsarəti çatmır ki,  məhz o və Ermənistan rəhbərliyinin digər nümayəndələri Ermənistan  xalqının başına gələn bəlaların əsl günahkarlarıdır.
"Prezident  Sarkisyan öz tamahkar məqsədləri və ya onun təmsil etdiyi şəxslərin  məqsədləri ucbatından Ermənistanın iqtisadi tənəzzüldə olduğunu demək  istəmir. Ölkə böhranda olduğu bir dövrdə Ermənistan hakimiyyəti işğalçı  siyasətini davam etdirməklə vəziyyəti dərinləşdirir. İşğal nəticəsində  bu torpaqlarda əsrlər boyu yaşayan xalqa qarşı kütləvi qanlı etnik  təmizləmələr aparılıb", - Abdullayev qeyd edib.
Onun sözlərinə  görə, adekvat cavab almağın çətin olduğu Ermənistan hakimiyyətinə  verilməsi olan əsas sual budur: Şəxsən prezident Sarkisyan və  hakimiyyətin digər nümayəndələrinə bu yad torpaqlarda nə lazım idi və  əgər soyqırım qurbanları və onların qanlı siyasəti nəticəsində yaranan  bir milyonluq qaçqın haqqında danışsaq, o buna nə ilə bəraət qazandıra  bilər?