Bu il Azərbaycandan təxminən 2500 nəfərin Məkkəni ziyarət etməsi gözlənilir
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə ANS telekanalına açıqlamasında bununla bağlı bütün məsələlərin İraq hökuməti ilə danışıldığını və lazımi sənədlərin imzalandığını deyib.
Qeyd edək ki, bu il Azərbaycandan təxminən 2500 nəfərin Məkkəni ziyarət etməsi gözlənilir. Bunun üçün Səudiyyə Ərəbistanına 5 təyyarə və 44 avtobus ayrılıb.
Ötən illərdən fərqli olaraq ziyarətə avtobusla gedəcək zəvvarlar Suriya deyil, İraq ərazisindən keçəcək.