
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə  ANS telekanalına açıqlamasında bununla bağlı bütün məsələlərin İraq  hökuməti ilə danışıldığını və lazımi sənədlərin imzalandığını deyib.
Qeyd  edək ki, bu il Azərbaycandan təxminən 2500 nəfərin Məkkəni ziyarət  etməsi gözlənilir. Bunun üçün Səudiyyə Ərəbistanına 5 təyyarə və 44  avtobus ayrılıb.
Ötən illərdən fərqli olaraq ziyarətə avtobusla gedəcək zəvvarlar Suriya deyil, İraq ərazisindən keçəcək.