«Milli-Mənəvi Dəyərlər» İctimai Birliyi “Bakı Əyləncə Mərkəzi”nin “Eliza” salonunda Beynəlxalq “Qüds Günü” ilə bağlı ölkənin tanınmış ictamai və din xadimlərinin iştirakı ilə iki hissədən ibarət tədbir təşkil edib.
Tədbir Quran tilavətiylə başlayıb. Daha sonra «Milli-Mənəvi Dəyərlər»  İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov tədbir iştirakçılarını  salamlayıb. O, “Qüds Günü” barədə çıxış edərək, bu günün əhəmiyyətindən  danışıb.
 
 Ardından «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyi tərəfindən hazırlanmış video çarx nümayiş etdirilib.
“Quranda zülmə etiraz” mövzusunda çıxış edən Quran və Hədis Elmləri üzrə  mütəxəssis-alim Hacı Zülfüqar Mikayıllı Quran ayələrinə istinadən  düşmənlərin əslində zəif, imanı və əqidəsi olanların isə güclü olduğunu  bildirdi. 
 
 Sonra “Sionizm cinayətləri” mövzusunda çıxış üçün söz «Məşhədi Dadaş»  məscidinin İmam Camaatı Hacı Şahin Həsənliyə verildi. O, «Milli-Mənəvi  Dəyərlər» İctimai Birliyinin bu işlərdə fəallığını xatırladaraq,  sionizmin tarixi cinayətlərini sadaladı. 
 
 İsrailin “Mavi Mərmərə” cinayəti haqqında videoçarxdan sonra isə,  «Yaşıllar» partiyasının sədri Mais Güləliyev “Masonlar və sionizm”  mövzusunda çıxış edib. ABŞ-dakı imperialistlərin fəaliyyətləri haqqında  danışan Güləliyev, İsrailin məhz ABŞ və digər imperialistlər tərəfindən  yaradıldığını önə çəkib.
 
 “Qüds və İmam Xomeyni” mövzusunda çıxış üçün söz Azərbaycan İslam  Partiyasının sədri Hacı Möhsün Səmədova verilib. O, İmam Xomeyninin  “Qüds” haqqında çıxışlarından sitat gətirib.
 
 İslam-Azeri.az İnternet qəzetinin baş redaktoru Hacı Ramin Bayramov  “Qüds və KİV” mövzusunda çıxış edərək, İsrail və ABŞ-ın mediaya  təsirindən və bu təsirin azalması üçün çıxış yollarından danışıb.
 
 “Qüds və vətənpərvərlik” mövzusunda Lənkəran ruhanisi Hacı Elman Ağayev  danışıb. O, Mübariz İbrahimovun qəhrəmanlığına işarə edərək, məhz  dindarların bu şəhidin ailəsini ilk olaraq yad etməsini, bundan sonra  isə Mübarizin adının ölkə səviyyəsində yayılmasının bir həqiqət olduğunu  deyib.
 
 “Mavi Mərmərə cinayəti” mövzusunda çıxış edən İçərişəhər Cümə məscidinin  İmam Camaatı Hacı İlqar İbrahimoğlu bu günün əhəmiyyətinə işarə edib.  O, İsrailin “Mavi Mərmərə” cinayətinin artıq terrorçuların son həddəcən  quzudzlaşmasının göstəricisi olduğunu bildirib.
 
 “Qüds və müsəlmanların oyanışı” mövzusunda çıxış edən  “Miili-Mənəvi  Dəyərlər” İctimai Birliyinin ruhanisi Hacı Abgül Süleymanov isə Qüdsün  işğalda qalmasının səbəbini bəzi müsəlman dövlətlərinin  İsraillə əlaqə  qurmasında görüb. Buna misal kimi natiq  Misirdə Hüsnü Mübarəki,  Səudiyyədə Kral Abdullahı, ölkə daxilində isə iqtidarı göstərib. İsrail  səfirliklərinin müsəlman ölkələrindən çıxarılmasının vacibliyini önə  çəkən “Miili-Mənəvi Dəyərlər” İctimai Birliyinin ruhanisi, sionist  rejimin Azərbaycandan qovulmasının vacibliyini vurğulayaraq deyib:  “İsrail səfirliyi olan müsəlman hökümətlər anlamalıdırlar ki, İsrailin  fələstinli körpələri qətlə yetirməsində bu vəhşilərlə şərikdirlər”.   Azərbaycan xalqının iki düşməni olmasını önə çəkən Hacı Abgül, ilk  olaraq Rusiyanı göstərib. O bildirib ki, 20-ci əsrin əvvəllərində ruslar  800-ə yaxın alimimizi ya qətlə yetiriblər, ya da ki, Sibirə sürgün  edərək öldürüblər. Hacı Abgül qanlı 20 yanvar hadisələrini isə Rusiyanın  son cinayəti  kimi səciyyələndirib. O qeyd edib ki, Rusiya indi də  düşmənçiliyini aşkar davam etdirir. Buna nümunə isə bu günlərdə Rusiya  prezidentinin İrəvana səfəri zamanı Ermənistandakı rus hərbi bazasının  2044-cü ilə qədər düşmən dövlətin ərazisində qalmasına dair  protokolların omzalanmasıdı.
 Natiq  2-ci düşmənin bütün ümmətin düşməni olduğunu deyib. Bu isə  İsraildir. Çünki bu haqda hər şeyi bəyan edən Quranın Maidə surəsinin  82-ci ayəsində buyurulur.  Çıxışının sonunda ümməti dua edən Hacı Abgül  Suleymanov tədbir iştirakçılarını iftar süfrəsinə dəvət edib. /islam-azeri/














