Azərbaycan və MDB » MMDIB-nin "Qüds günü" tədbiri
Qüds, Fələstin

«Milli-Mənəvi Dəyərlər» İctimai Birliyi “Bakı Əyləncə Mərkəzi”nin “Eliza” salonunda Beynəlxalq “Qüds Günü” ilə bağlı ölkənin tanınmış ictamai və din xadimlərinin iştirakı ilə iki hissədən ibarət tədbir təşkil edib.

Tədbir Quran tilavətiylə başlayıb. Daha sonra «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov tədbir iştirakçılarını salamlayıb. O, “Qüds Günü” barədə çıxış edərək, bu günün əhəmiyyətindən danışıb.

Ardından «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyi tərəfindən hazırlanmış video çarx nümayiş etdirilib.

“Quranda zülmə etiraz” mövzusunda çıxış edən Quran və Hədis Elmləri üzrə mütəxəssis-alim Hacı Zülfüqar Mikayıllı Quran ayələrinə istinadən düşmənlərin əslində zəif, imanı və əqidəsi olanların isə güclü olduğunu bildirdi.

Sonra “Sionizm cinayətləri” mövzusunda çıxış üçün söz «Məşhədi Dadaş» məscidinin İmam Camaatı Hacı Şahin Həsənliyə verildi. O, «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyinin bu işlərdə fəallığını xatırladaraq, sionizmin tarixi cinayətlərini sadaladı.

İsrailin “Mavi Mərmərə” cinayəti haqqında videoçarxdan sonra isə, «Yaşıllar» partiyasının sədri Mais Güləliyev “Masonlar və sionizm” mövzusunda çıxış edib. ABŞ-dakı imperialistlərin fəaliyyətləri haqqında danışan Güləliyev, İsrailin məhz ABŞ və digər imperialistlər tərəfindən yaradıldığını önə çəkib.

“Qüds və İmam Xomeyni” mövzusunda çıxış üçün söz Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədova verilib. O, İmam Xomeyninin “Qüds” haqqında çıxışlarından sitat gətirib.

İslam-Azeri.az İnternet qəzetinin baş redaktoru Hacı Ramin Bayramov “Qüds və KİV” mövzusunda çıxış edərək, İsrail və ABŞ-ın mediaya təsirindən və bu təsirin azalması üçün çıxış yollarından danışıb.

“Qüds və vətənpərvərlik” mövzusunda Lənkəran ruhanisi Hacı Elman Ağayev danışıb. O, Mübariz İbrahimovun qəhrəmanlığına işarə edərək, məhz dindarların bu şəhidin ailəsini ilk olaraq yad etməsini, bundan sonra isə Mübarizin adının ölkə səviyyəsində yayılmasının bir həqiqət olduğunu deyib.

“Mavi Mərmərə cinayəti” mövzusunda çıxış edən İçərişəhər Cümə məscidinin İmam Camaatı Hacı İlqar İbrahimoğlu bu günün əhəmiyyətinə işarə edib. O, İsrailin “Mavi Mərmərə” cinayətinin artıq terrorçuların son həddəcən quzudzlaşmasının göstəricisi olduğunu bildirib.

“Qüds və müsəlmanların oyanışı” mövzusunda çıxış edən “Miili-Mənəvi Dəyərlər” İctimai Birliyinin ruhanisi Hacı Abgül Süleymanov isə Qüdsün işğalda qalmasının səbəbini bəzi müsəlman dövlətlərinin İsraillə əlaqə qurmasında görüb. Buna misal kimi natiq Misirdə Hüsnü Mübarəki, Səudiyyədə Kral Abdullahı, ölkə daxilində isə iqtidarı göstərib. İsrail səfirliklərinin müsəlman ölkələrindən çıxarılmasının vacibliyini önə çəkən “Miili-Mənəvi Dəyərlər” İctimai Birliyinin ruhanisi, sionist rejimin Azərbaycandan qovulmasının vacibliyini vurğulayaraq deyib: “İsrail səfirliyi olan müsəlman hökümətlər anlamalıdırlar ki, İsrailin fələstinli körpələri qətlə yetirməsində bu vəhşilərlə şərikdirlər”. Azərbaycan xalqının iki düşməni olmasını önə çəkən Hacı Abgül, ilk olaraq Rusiyanı göstərib. O bildirib ki, 20-ci əsrin əvvəllərində ruslar 800-ə yaxın alimimizi ya qətlə yetiriblər, ya da ki, Sibirə sürgün edərək öldürüblər. Hacı Abgül qanlı 20 yanvar hadisələrini isə Rusiyanın son cinayəti kimi səciyyələndirib. O qeyd edib ki, Rusiya indi də düşmənçiliyini aşkar davam etdirir. Buna nümunə isə bu günlərdə Rusiya prezidentinin İrəvana səfəri zamanı Ermənistandakı rus hərbi bazasının 2044-cü ilə qədər düşmən dövlətin ərazisində qalmasına dair protokolların omzalanmasıdı.
Natiq 2-ci düşmənin bütün ümmətin düşməni olduğunu deyib. Bu isə İsraildir. Çünki bu haqda hər şeyi bəyan edən Quranın Maidə surəsinin 82-ci ayəsində buyurulur. Çıxışının sonunda ümməti dua edən Hacı Abgül Suleymanov tədbir iştirakçılarını iftar süfrəsinə dəvət edib. /islam-azeri/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!