İslam Partiyasının Baş Məclisi keçirilib

Azərbaycan İslam Partiyası (AİP) bu gün Baş Məclisinin növbəti toplantısını keçirib

AİP-nın mətbuat katibi Cavid Alışovun APA-ya verdiyi məlumata görə, Baş Məclisin toplantısında ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən hadisələr, AİP-nın növbəti aksiyasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

AİP-nin Baş Məclisində Akif Heydərli partiya sədrinin siyasi məsələlər üzrə müavini, Arif Qəniyev təşkilati məsələlər üzrə, İnqilab Əhədli ictimai məsələlər üzrə müavin, Cavid Alışov isə AİP mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

В этом разделе