
Azərbaycan İslam Partiyası (AİP) bu gün Baş Məclisinin növbəti toplantısını keçirib
AİP-nın mətbuat katibi Cavid Alışovun APA-ya  verdiyi məlumata görə, Baş Məclisin toplantısında ölkədəki  ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən hadisələr, AİP-nın  növbəti aksiyasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
 
 AİP-nin Baş Məclisində Akif Heydərli partiya sədrinin siyasi məsələlər  üzrə müavini, Arif Qəniyev təşkilati məsələlər üzrə, İnqilab Əhədli  ictimai məsələlər üzrə müavin, Cavid Alışov isə AİP mətbuat xidmətinin  rəhbəri vəzifəsinə təyin edilib.