“Bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı Dağlıq Qarabağı Ermənistana təslim etmək niyyətlərini ifadə edirlər”
“Müxalifətin çox zəif olması faktı bizim günahımız deyil. Biz onlara məhdudiyyət qoymuruq”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Glham Əliyev “Əl-Cəzirə” telekanalına mğsahibəsində bəyan edib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda görülən işlər sadəcə müxalifətin məkanını daraldır: “Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur. Ən vacib məsələ - Dağlıq Qarabağ məsələsində bizim hökumət milli maraqlarımızın daha güclü müdafiəçisidir. Bizə bəzən belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı, beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər”.
Prezident bildirib ki, son bir neçə il ərzində Azərbaycan hökuməti iqtisadi sahədə biz inanılmaz nəticələr əldə edib. Onun fikrincə, buna görə də, müxalifət üçün mübahisə aparmağa heç nə qalmayıb: “Son 7 ildə ÜDM-in artımı 300 faiz olub - 3 dəfə. Yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə düşüb - 5 dəfə azalıb. Büdcə xərcləri 20 dəfə, 20 faiz yox, 20 dəfə artıb. Çox güclü sosial müdafiə sistemi, infrastruktur layihələri yaratmışıq. Bu səbəbdən müxalifət nə barədə mübahisə edə bilər? Əlbəttə ki, çatışmazlıqlar da vardır. Ancaq hökumət nə qədər yaxşı işləsə, təbii ki, müxalifətin də manevr etmək üçün daha az imkanı qalır. Buna görə də, yeni Azərbaycanda özlərinə necə yer tapmaq onların öz işidir. Əfsuslar olsun ki, bugünkü müxalifətə rəhbərlik edənlər 1992-1993-cü illərdə ölkəni vətəndaş müharibəsinə aparan insanlardır. Eyni adamlar 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər”.