
“Bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı Dağlıq Qarabağı Ermənistana təslim etmək niyyətlərini ifadə edirlər”
“Müxalifətin çox zəif olması faktı bizim günahımız deyil. Biz onlara  məhdudiyyət qoymuruq”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan  Prezidenti Glham Əliyev “Əl-Cəzirə” telekanalına mğsahibəsində bəyan  edib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda görülən işlər  sadəcə müxalifətin məkanını daraldır: “Çünki onların mübahisə aparması  üçün ciddi heç nə yoxdur. Ən vacib məsələ - Dağlıq Qarabağ məsələsində  bizim hökumət milli maraqlarımızın daha güclü müdafiəçisidir. Bizə bəzən  belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici  nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı, beynəlxalq qüvvələrin onları  dəstəkləyəcəyi halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək  niyyətlərini ifadə edirlər”. 
 
 Prezident bildirib ki, son bir neçə il ərzində Azərbaycan hökuməti  iqtisadi sahədə biz inanılmaz nəticələr əldə edib. Onun fikrincə, buna  görə də, müxalifət üçün mübahisə aparmağa heç nə qalmayıb: “Son 7 ildə  ÜDM-in artımı 300 faiz olub - 3 dəfə. Yoxsulluğun səviyyəsi 49 faizdən 9  faizə düşüb - 5 dəfə azalıb. Büdcə xərcləri 20 dəfə, 20 faiz yox, 20  dəfə artıb. Çox güclü sosial müdafiə sistemi, infrastruktur layihələri  yaratmışıq. Bu səbəbdən müxalifət nə barədə mübahisə edə bilər? Əlbəttə  ki, çatışmazlıqlar da vardır. Ancaq hökumət nə qədər yaxşı işləsə, təbii  ki, müxalifətin də manevr etmək üçün daha az imkanı qalır. Buna görə  də, yeni Azərbaycanda özlərinə necə yer tapmaq onların öz işidir.  Əfsuslar olsun ki, bugünkü müxalifətə rəhbərlik edənlər 1992-1993-cü  illərdə ölkəni vətəndaş müharibəsinə aparan insanlardır. Eyni adamlar 20  ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər”.