 
Düşənbədəki zirvə toplantısına baş nazir Artur Rəsizadə gedəcək
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-3-də MDB ölkələri Dövlət  Başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Sammitində  iştirak etməyəcək. ANS PRESS-in məlumatına görə, bunu AzərTAc-a  Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz  Məmmədov bildirib. Məlumata görə, zirvə toplantısında ölkəmizi  Azərbaycanın baş naziri Artur Rasi-zadə təmsil edəcək.
 
 Xatırladaq ki, Prezident İlham Əliyevin MDB-nin yubiley sammitində  iştirak edəcəyi barədə məlumatı Tacikistan Xarici İşlər Nazirliyinin  rəsmisi Davlatali Nazriyev vermişdi. O bildirmişdi ki, MDB-nin yeddi  lideri sammitdə iştirak etməyə razılığını verib. “Rusiya, Qazaxıstan,  Azərbaycan, Türkmənistan, Ermənistan, Qırğızıstan və Moldova  liderlərinin Düşənbəyə gəlişi bu ölkələrin müvafiq strukturları  tərəfindən artıq təsdiq edilib”, - XİN rəsmisi bəyan etmişdi.














