Azərbaycan və MDB » İlham Əliyev MDB-nin yubiley sammitində iştirak etməyəcək
İlham Əliyev

Düşənbədəki zirvə toplantısına baş nazir Artur Rəsizadə gedəcək

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-3-də MDB ölkələri Dövlət Başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Sammitində iştirak etməyəcək. ANS PRESS-in məlumatına görə, bunu AzərTAc-a Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Məlumata görə, zirvə toplantısında ölkəmizi Azərbaycanın baş naziri Artur Rasi-zadə təmsil edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin MDB-nin yubiley sammitində iştirak edəcəyi barədə məlumatı Tacikistan Xarici İşlər Nazirliyinin rəsmisi Davlatali Nazriyev vermişdi. O bildirmişdi ki, MDB-nin yeddi lideri sammitdə iştirak etməyə razılığını verib. “Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Ermənistan, Qırğızıstan və Moldova liderlərinin Düşənbəyə gəlişi bu ölkələrin müvafiq strukturları tərəfindən artıq təsdiq edilib”, - XİN rəsmisi bəyan etmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!