İlham Əliyev İsveçrəyə yola düşüb

Prezident Davos Formuna qatılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İsveçrəyə işgüzar səfərə yola düşüb. Dövlət başçısı Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak edəcək.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

В этом разделе