
Prezident Davos Formuna qatılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İsveçrəyə  işgüzar səfərə yola düşüb. Dövlət başçısı Davos şəhərində keçirilən  ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak edəcək. 
 
 Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur  Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı  Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.