Azərbaycanda körpələrə qoyulan Məhəmməd, Əli, Hüseyn, Zəhra, Fatimə adları birinci oldu

2010-cu il ərzində Azərbaycanda 165,6 min nəfər körpə doğulub

"APA"nın məlumatına görə ötən il ərzində Azərbaycanda 165,6 min nəfər körpə doğulub, 53,6 min nəfər insan dünyasını dəyişib. Göründüyü kimi, keçən il ölkədə doğulanların sayı ölənlərdən təxminən 3,1 dəfə çox olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2010-cu il ərzində Azərbaycanda 165,6 min nəfər körpə doğulub ki, bu da son 16 ildə ən yüksək göstəricidir, 2009-cu illə müqayisədə doğulanların sayı əhalinin hər 1 000 nəfərinə hesabı ilə 17,2-dən 18,5-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,9%, qızların isə 46,1% təşkil edib. Körpələrin 1 670-i əkiz, 48-i üçəm olub.

Əvvəlki ildə olduğu kimi, doğulan oğlanlara ən çox Əli, Məhəmməd, Hüseyn, Murad və Nihad, qızlara isə Zəhra, Fatimə, Nuray, Fidan və Nərmin adları verilib.

Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,3 uşaq düşür və ölkədə əhalinin təkrar istehsalı təmin olunur.

Qeyd edək ki, 2010-cu ildə 53,6 min və ya əhalinin hər 1 000 nəfərinə hesabı ilə 6 ölüm halı qeydə alınıb. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm və tənəffüs orqanlarının xəstəlikləri olub.

В этом разделе