“Azərbaycan Suriya məsələsində Ərəb Dövlətləri Liqasının səylərini tam dəstəkləyir”

“Azərbaycan Suriyada vəziyyətin bütün aspektlərinin həllinə, o cümlədən böhranın aradan qaldırılması və siyasi stabilliyin bərqərar olmasına dair Ərəb Dövlətləri Liqasının səylərini tam dəstəkləyir”

Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev verib.

O qeyd edib ki, Azərbaycanın Suriya məsələsində ölkəmizin ərəb dünyası ilə sıx həmrəyliyi, tarixi və mədəni əlaqələr nöqteyi-nəzərindən çıxış edir: “Hesab edirik ki, Ərəb Dövlətləri Liqasının səylərini dəstəkləmək Suriyada iğtişaşlara son qoymaq və dialoqa başlamaq üçün yeganə doğru yoldur”.

В этом разделе