
“Azərbaycan Suriyada vəziyyətin bütün aspektlərinin həllinə, o cümlədən böhranın aradan qaldırılması və siyasi stabilliyin bərqərar olmasına dair Ərəb Dövlətləri Liqasının səylərini tam dəstəkləyir”
Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev verib. 
 
 O qeyd edib ki, Azərbaycanın Suriya məsələsində ölkəmizin ərəb dünyası  ilə sıx həmrəyliyi, tarixi və mədəni əlaqələr nöqteyi-nəzərindən çıxış  edir: “Hesab edirik ki, Ərəb Dövlətləri Liqasının səylərini dəstəkləmək  Suriyada iğtişaşlara son qoymaq və dialoqa başlamaq üçün yeganə doğru  yoldur”.