Azərbaycan prezidenti İlham Əliyev Soçiyə işgüzar səfərə yola düşüb

Bu gün Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərinə işgüzar səfərə yola düşüb. 313news.net-in məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Qeyd edək ki, bu gün Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

В этом разделе