
Bu gün Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərinə işgüzar səfərə yola düşüb. 313news.net-in  məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda  baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz  Mehdiyev və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov  yola salıblar.
 Qeyd edək ki, bu gün Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.