Azərbaycan İsrailə cavab verdi

"Azərbaycan regionun ən təhlükəsiz ölkəsidir"

Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev İsrailin terrorla mübarizə qərargahının Azərbaycanın adını bu ölkənin vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salmasına münasibət bildirərkən deyib.

E.Abdullayev qeyd edib ki, hər il Azərbaycana yüz minlərlə turist gəlir, onlar bütün ölkə ərazisində sərbəst və təhlükəsiz hərəkət edir, görməli yerləri ilə tanış olurlar: “Azərbaycan dövləti ölkədə təhlükəsizliyi yüksək səviyyədə təmin edir. Bu mənada Azərbaycan bir çox ölkələrə nümunə ola bilər”.

В этом разделе