
"Azərbaycan regionun ən təhlükəsiz ölkəsidir"
Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev İsrailin  terrorla mübarizə qərargahının Azərbaycanın adını bu ölkənin  vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salmasına münasibət  bildirərkən deyib.
E.Abdullayev qeyd edib ki, hər il Azərbaycana  yüz minlərlə turist gəlir, onlar bütün ölkə ərazisində sərbəst və  təhlükəsiz hərəkət edir, görməli yerləri ilə tanış olurlar: “Azərbaycan  dövləti ölkədə təhlükəsizliyi yüksək səviyyədə təmin edir. Bu mənada  Azərbaycan bir çox ölkələrə nümunə ola bilər”.