Azərbaycan İslam Partiyası qurultay qərarı verib

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) növbəti Baş Məclisi keçirilib

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 2011-ci ilin yekunları və 2012-ci il üçün əsas fəaliyyət istiqamətləri, ölkədəki ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr haqda müzakirələr aparılıb.

Sonra zona əlaqələndiricilərinin hesabatı dinlənilib.

Baş Məclis 2012-ci ildə növbəti qurultayın keçirilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, bu il AİP-in fəaliyyətinin 20 ili tamam olacaq. Baş Məclis bu münasibətlə də geniş tədbirlər keçirilməsini təklif edib.

В этом разделе