
Bu gün Azərbaycan İslam Partiyasının (AİP) növbəti Baş Məclisi keçirilib
Partiyanın mətbuat xidmətindən APA-ya  verilən məlumata görə, iclasda 2011-ci ilin yekunları və 2012-ci il  üçün əsas fəaliyyət istiqamətləri, ölkədəki ictimai-siyasi vəziyyət və  beynəlxalq aləmdə baş verən hadisələr haqda müzakirələr aparılıb. 
 
 Sonra zona əlaqələndiricilərinin hesabatı dinlənilib. 
 
 Baş Məclis 2012-ci ildə növbəti qurultayın keçirilməsi haqqında qərar qəbul edib. 
 
 Qeyd edək ki, bu il AİP-in fəaliyyətinin 20 ili tamam olacaq. Baş Məclis  bu münasibətlə də geniş tədbirlər keçirilməsini təklif edib.