Azərbaycan İrana ikinci notasını təqdim edib

Azərbaycan İranda yoxa çıxan iki gənc şairin – Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirilməsi üçün bu ölkəyə ikinci notasını təqdim edib

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, İran adı çəkilən Azərbaycan vətəndaşlarının bu ölkədə olmasını rəsmən təsdiqləməyib: “Azərbaycan tərəfi bir neçə məktub göndərib, İranın müvafiq dövlət qurumları ilə bir sıra görüşlər keçirib. Lakin Azərbaycan tərəfinin bütün səyləri indiyədək nəticəsiz qalıb”.

E.Abdullayev qeyd edib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin prioriteti Azərbaycan vətəndaşlarının problemlərini həll etməkdir: “Azərbaycan dövləti öz vətəndaşlarının ölkəyə qayıdışı üçün bütün cəhdlərdən istifadə edir. Çünki vətəndaşlarımız bizim üçün əzizdir”.

В этом разделе