
Azərbaycan İranda yoxa çıxan iki gənc şairin – Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirilməsi üçün bu ölkəyə ikinci notasını təqdim edib
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.
 
 Onun sözlərinə görə, İran adı çəkilən Azərbaycan vətəndaşlarının bu  ölkədə olmasını rəsmən təsdiqləməyib: “Azərbaycan tərəfi bir neçə məktub  göndərib, İranın müvafiq dövlət qurumları ilə bir sıra görüşlər  keçirib. Lakin Azərbaycan tərəfinin bütün səyləri indiyədək nəticəsiz  qalıb”.
 
 E.Abdullayev qeyd edib ki, Azərbaycanın xaricdəki diplomatik  nümayəndəliklərinin prioriteti Azərbaycan vətəndaşlarının problemlərini  həll etməkdir: “Azərbaycan dövləti öz vətəndaşlarının ölkəyə qayıdışı  üçün bütün cəhdlərdən istifadə edir. Çünki vətəndaşlarımız bizim üçün  əzizdir”.