Qırıcı təyyarələr 20 dəqiqəyə yaxın təlim xarakterli uçuşlar edib
Azərbaycan cəbhə xəttində hərbi təlim keçirib. ANS PRESS-in bölgə  müxbirinin məlumatına görə, bu gün saat 09.45 radələrindən Ağdam və  Tərtər rayonlarının üzərində Azərbaycan Silahlı Qüvvələrinə məxsus  qırıcı təyyarələr 20 dəqiqəyə yaxın davam edən təlim xarakterli uçuşlar  edib. Daha sonra isə 5 hərbi helikopter Tərtər, Ağdam və Bərdədə alçaq  məsafədən uçmaqla təlimləri davam etdirib-ANS PRESS xəbər verir.
 
 Əməliyyat saat 10.30 radələrində başa çatıb. 
 
 Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dünəndən cəbhə bölgəsindədir. 
 
 Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar  Sabiroğlu ANS PRESS-ə açqılamasında cəbhə bölgəsində təlimlər  keçirildiyini təsdiqləyib. Onun sözlərinə görə, təlimləri müdafiə  naziri, general-polkovnik Səfər Əbiyev şəxsən izləyir.














