Qırıcı təyyarələr 20 dəqiqəyə yaxın təlim xarakterli uçuşlar edib
Azərbaycan cəbhə xəttində hərbi təlim keçirib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu gün saat 09.45 radələrindən Ağdam və Tərtər rayonlarının üzərində Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr 20 dəqiqəyə yaxın davam edən təlim xarakterli uçuşlar edib. Daha sonra isə 5 hərbi helikopter Tərtər, Ağdam və Bərdədə alçaq məsafədən uçmaqla təlimləri davam etdirib-ANS PRESS xəbər verir.
Əməliyyat saat 10.30 radələrində başa çatıb.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dünəndən cəbhə bölgəsindədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ANS PRESS-ə açqılamasında cəbhə bölgəsində təlimlər keçirildiyini təsdiqləyib. Onun sözlərinə görə, təlimləri müdafiə naziri, general-polkovnik Səfər Əbiyev şəxsən izləyir.