Ayətullah Xameneyi Azərbaycan prezidentini təbrik etməyibmiş

İran səfirliyi "Qədir-Xum" təbrikinə aydınlıq gətirdi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Azərbaycan prezidentinə Qədir-Xum bayramı münasibətilə təbrik göndərilməsinə aydınlıq gətirmişdir. İslamazeri.az-ın verdiyi xəbərə görə, səfirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir:

Allahın adı ilə!

14 noyabr 2011-ci il tarixində bəzi saytlar və xəbər agentlikləri İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Məhəmmədbağır Bəhramiyə istinad edərək, Ali dini rəhbər Ayətullahül-üzma Xameneyi cənablarının “Qədir-Xum“ bayramı münasibətilə Azərbaycan Respublikasının prezidentinə təbrik məktubu göndərdiyi xəbərini yaymışlar. Lakin bu xəbərdə aşağıdakı kimi düzəliş edilməlidir:

"Qədir-Xum bayramı ilə əlaqədar düzənlənən tədbirlərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Məhəmmədbağır Bəhrami bildirmişdir: "İran İslam Respublikasının Ali dini rəhbəri ayətullah Xameneyi cənabları Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyevin Ramazan bayramı (Fitr bayramı) münasibətilə təbrik müraciətinin cavabında, bu təbrikə göndərilməsinə görə təşəkkürünü bildirmiş və cənab İlham Əliyevə xeyir-dua verməklə yanaşı, ona və Azərbaycan Respublikasının müsəlman xalqına Allahdan uğur, səadət və başucalığı diləmişdir".

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat xidməti

P.S Xatırladaq ki, həmin məlumat "SalamNews" agentliyi məlumat yaymışdı və bizim saytda da sözügedən agentliyə istinadən xəbər yayınlanmışdı.

 

В этом разделе