
İran səfirliyi "Qədir-Xum" təbrikinə aydınlıq gətirdi
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi  Azərbaycan prezidentinə Qədir-Xum bayramı münasibətilə təbrik  göndərilməsinə aydınlıq gətirmişdir. İslamazeri.az-ın verdiyi xəbərə  görə, səfirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir:
Allahın adı ilə!
14  noyabr 2011-ci il tarixində bəzi saytlar və xəbər agentlikləri İran  İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab  Məhəmmədbağır Bəhramiyə istinad edərək, Ali dini rəhbər Ayətullahül-üzma  Xameneyi cənablarının “Qədir-Xum“ bayramı münasibətilə Azərbaycan  Respublikasının prezidentinə təbrik məktubu göndərdiyi xəbərini  yaymışlar. Lakin bu xəbərdə aşağıdakı kimi düzəliş edilməlidir:
"Qədir-Xum  bayramı ilə əlaqədar düzənlənən tədbirlərdə İran İslam Respublikasının  Azərbaycan Respublikasındakı səfiri cənab Məhəmmədbağır Bəhrami  bildirmişdir: "İran İslam Respublikasının Ali dini rəhbəri ayətullah  Xameneyi cənabları Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab  İlham Əliyevin Ramazan bayramı (Fitr bayramı) münasibətilə təbrik  müraciətinin cavabında, bu təbrikə göndərilməsinə görə təşəkkürünü  bildirmiş və cənab İlham Əliyevə xeyir-dua verməklə yanaşı, ona və  Azərbaycan Respublikasının müsəlman xalqına Allahdan uğur, səadət və  başucalığı diləmişdir".
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat xidməti
P.S Xatırladaq ki, həmin məlumat "SalamNews" agentliyi məlumat yaymışdı və bizim saytda da sözügedən agentliyə istinadən xəbər yayınlanmışdı.