Telekanallar Qəzzafinin oğlunun ölümünü təsdiqlədi

Sabiq Liviya liderinin oğlu öldürülüb

Liviyanın devrilmiş diktatoru Muammar Qəzzafinin oğlu Hamisin avqustun sonlarında Tarxun şəhəri uğrunda gedən döyüşlərdə öldürüldüyü xəbəri telekanallar vasitəsilə təsdiqlənib, - "Deyerler" “Lenta”ya istinadən xəbər verir.

Eyni zamanda Hamisin əmisi oğlu Muhəmməd əs-Senusinin də döyüşlər zamanı öldüyü bildirilir. Hamis Qəzzafinin ölməsi barədə KİV-lərdə ilk dəfə məlumat avqustun sonlarında yayılıb. Sentyabrda bu məlumat Milli Keçid Şurasının nümayəndəsi Əhməd Bani tərəfindən də təsdiqlənib. Qəzzafi qüvvələri isə bugünlərdə telekanallara bu məlumatı təsdiqləyib.

В этом разделе