Somalidə vəba “tufanı” başlayıb

Banadir xəstəxanası hər gün 50-dən çox vəba diaqnozlu xəstə qəbul edir.

313news.net saytının ANS PRESS-ə istinadən verdiyi məlumata görə aclıq Somalidə indi də vəbaya yoluxma halları sürətlə artır. Bu barədə BMT xəbərdar edir. Qida çatışmazlığından əziyyət çəkən iyirmidən çox uşağın tez yayılan vəba xəstəliyinə yoluxuduğu deyilir. BMT-nin verdiyi məlumata əsasən vəbanın yayılmasına əsas səbəb içməli suların natəmiz olmasıdır.

Patyaxt Mogadişonun əsas xəstəxanalarından olan Banadir xəstəxanası hər gün 50-dən çox vəba diaqnozlu xəstə qəbul edir. Xəstəxana həkimi Abdalla Abukarın verdiyi məlumata təkcə həmin xəstəxanada bir il ərzində 181 nəfər vəbadan dünyasını dəyişib, xəstəlik qurbanlarının yarıdan çoxunu iki yaşına çatmamış körpələr təşkil edir.

В этом разделе