Mübarəkin xanımı xatirələrini satdı

Misirin sabiq prezidenti, indi məhkəməsi gedən və yataqda olan Hüsnü Mübarəkin həyat yoldaşı Suzan Mübarək yeni gəlir mənbəyi tapıb

Milli.Az "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Suzan Mübarək  əri ilə bağlı xatirələrini memuarlar kitabı kimi dərc etdirəcək. Bunun üçün ona 15,8 milyon dollar qonorar veriləcək.

Qahirədə çıxan "Rose al Yusuf" jurnalı isə bildirir ki, Misirin sabiq birinci xanımının memuarlar kitabı Britaniyada dərc olunacaq.

"Kitabımda ərimin devriləndən sonra intihar etməyə çalışmasından, sui-qəsdə məruz qalacağından qorxaraq hətta ayaqyoluna da mühafizəçilərlə getməsindən də bəhs edəcəyəm", - Suzan Mübarək deyib.

В этом разделе