Misirlilər sionist rejimə etiraz edir

Misirlilər Sina hadisələrinə etiraz əlaməti olaraq sionist rejimin Qahirədəki səfirinin evi qarşısında aksiya keçiriblər.

İRNA-nın verdiyi məlumata əsasən, Misirin Sina sərhəd bölgəsindəki düşərgəyə sionist hücumları nəticəsində 16 nəfər həlak olduqdan sonra onlarla misirli bu gün səhər tezdən sionist rejimin Qahirədəki səfiri Yaqub Omitayın evi qarşısında aksiya keçiriblər. onlar İsrail rejiminə aid səfirliyin bağlanmasını tələb ediblər.

Əl-Youmus-Sabe internet portalının məlumatında deyilir: Aksiyaçılar hadisə amillərinə olan nifrətlərini bildirərək şüarlar səsləndiriblər.

Etiraz edənlər 6 Aprel Hərəkatı, Demokratiya Cəbhəsi, Hazmun hərəkatı, Ualtris Gəncləri və Müstəqil Gənclər Qrupunun üzvləri olub.

Xatıraldaq ki, Misirin işğal olunmuş Fələstin torpaqları ilə sərhəd bölgəsinə hücum nəticəsində 16 nəfər həlak olub, 7 nəfər yaralanmışdı.

IRIB

В этом разделе