 
Hüsnü Mübarək və fəaliyyəti dövründə birgə çalışdığı iki nazir 90,64 milyon dollar cərimə olunub
Misirin sabiq prezidenti Hüsnü Mübarək və onun fəaliyyəti dövründə birgə  çalışdığı iki naziri cəzalandırılıb. Belə ki, yanvar ayında Misirdə baş  verən inqilab zamanı mobil telefonları və internetin fəaliyyətini  məhdudlaşdırdıqlarına görə onlara 540 milyon Misir paundu və ya 90,64  milyon dollar həcmində cərimə kəsilib.
 
 Bununla da, H. Mübarək fevarlın 11-i, yəni devrilməsindən sonra  barəsində açılan istintaq və məhkəmə proseslərinin nəticəsi olaraq ilk  cəzasını almış hesab olunur. İdarə Məhkəməsi ərəb inqilabı zamanı mobil  telefonlar və interneti kəsərək beynəlxaql iqtisadiyyata vurğduqları  ziyana görə H.Mübarəkə 200 milyon paund, keçmiş baş nazir Əhməd Nazifə  40 milyon, sabiq daxili işlər nazirə Həbib əl Adliyə isə 300 milyon  paund həcmində cərimə kəsib-"ANS PRESS" xəbər verir.
 
 Qeyd edək ki, Misir inqilabı zamanı nümayişçilərin öldürülməsi və digər  cinayət əməllərdə ittiham olunan sabiq Misir prezidentinin edam oluna  biləcəyi haqda söz-söhbətlər də dolaşır.














