Liviyanın Sirt şəhərində ağır döyüşlər gedir

 

Döyüşçülər Bani Valid şəhərində Qəzzafinin tərəfdarlarının bir neçə mövqelərini ələ keçirməyə çalışırlar

Liviyanın Sirt şəhərində müvəqqəti hökumət qüvvələri ilə Qəzzafiyə sadiq qüvvələr arasında ağır artilleriya hücumları baş verib.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzinə doğru irəliləyən Milli Keçid Şurasının döyüşçüləri ciddi müqavimətlə üzləşiblər. Döyüşçülər Bani Valid şəhərində Qəzzafinin tərəfdarlarının bir neçə mövqelərini ələ keçirməyə çalışırlar.

Liviyanın Milli Keçid Şurası gələn bir neçə gün ərzində müvəqqəti hökumətin iş cədvəlinin açıqlanacağını bildirib. Şura hökumətdə 22 nazir və baş nazir müavininin yer alacağını bəyan edib.

В этом разделе