Liviyada hakimiyyətin rəsmi təhvil verilməsi mərasimi keçirilib

Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyanı idarə edən Milli Keçid Şurası rəsmən hakimiyyəti yeni seçilmiş parlamentə təhvil verilib.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, mərasim Tripolidə Şuranın sədri Abdel Cəlilin iştirakı ilə keçirilib.

Xatırladaq ki, Liviyada keçirilmiş parlament - Milli Konqresə seçkilərdə sabiq baş nazir Mahmud Cibrilin başçılıq etdiyi liberallar koalisiyası bloku – “Milli Qüvvələrin Alyansı” qalib gəlib. Əsasən dünyəvi partiyaların yer aldığı parlament Liviya yeni hökumətini formalaşdıracaq.

В этом разделе