Liviya üsyançıları Breqa şəhərini ələ keçiriblər

Liviya üsyançıları bildiriblər ki, onlar neftdaşıyan liman olan və neft terminalları yerləşən Breqa şəhərinə nəzarəti öz əllərinə keçiriblər.

APA-nın verdiyi xəbərə görə, şəhərin bir neçə məhəlləsində küçə döyüşləri gedib. Üsyançılar qeyd edirlər ki, Qəddafi qüvvələri ölkənin qərbinə tərəf geri çəkilirlər.

Lakin Liviya hökumət nümayəndələri Breqanın müxalifətin əlinə keçməsi xəbəri təkzib ediblər. Onlar iddia edirlər ki, şəhər hökumət qüvvələrin nəzarəti altında qalır.

В этом разделе