Türkiyə Rusiyadan C-400 Hava Hücumundan Müdafiə sistemi alır

Bu barədə “Rosoboroneksport”un nümayəndəsi Anatoli Aksyonov bildirib.

Onun sözlərinə görə, Türkiyə C-400 raketlərini almaq niyyətində qətidir və bu məsələni Türkiyə müdafiə nazirinin müavini Murad Bayarla görüş zamanı müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə 2008-ci ilin martında uzun məsafəli Zenit Raket Kompleksləri ilə bağlı tender elan edib. Tenderdə Rusiya ilə yanaşı İsrail, ABŞ və Çin də iştirak ediblər. Türkiyənin C-400 sifarişi 1-4 milyard dollar arasında olacaq. lent.az


В этом разделе